IMG-LOGO

Kassis: Azərbaycan Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropa arasında mühüm əlaqələndirici halqadır

04 Aug 2026 13:34 4 baxış
IMG

Azərbaycan Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropa arasında mühüm əlaqələndirici halqadır.

"Report" xəbər verir ki, bunu İsveçrə Konfederasiyasının federal xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Bakıda mətbuat üçün brifinqdə deyib.

"Azərbaycanın geosiyasi mövqeyi ölkəni Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropa arasında mühüm əlaqələndirici halqaya çevirir. Orta Dəhlizin və etibarlı, şaxələndirilmiş ticarət marşrutlarının inkişafı müasir qlobal iqtisadiyyat üçün böyük əhəmiyyət kəsb edir", - Kassis bildirib.

Onun sözlərinə görə, regional qarşılıqlı əlaqələrin və əməkdaşlığın gücləndirilməsi də İsveçrə üçün böyük maraq doğurur.

Mənbə: report.az

Xəbər lenti