IMG-LOGO

İqnasio Kassis: Ceyhun Bayramovla yeni görüş Nyu-Yorkda keçiriləcək

04 Aug 2026 14:23 3 baxış
IMG

İsveçrənin xarici işlər naziri İqnasio Kassis Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində azərbaycanlı həmkarı Ceyhun Bayramovla yeni görüş keçirməyi planlaşdırdığını bildirib.

"Report" xəbər verir ki, o bu barədə bu gün Bakıda Ceyhun Bayramovla birgə mətbuat konfransında məlumat verib.

"Biz artıq növbəti görüşümüzü bir neçə həftədən sonra Nyu-Yorkda, yüksək səviyyəli həftədə təşkil etmək qərarına gəlmişik", - ATƏT-in fəaliyyətdə olan sədri bildirib.

O, həmçinin qeyd edib ki, İsveçrə Azərbaycanla tərəfdaşlığı yüksək qiymətləndirir.

"Biz qarşılıqlı maraq kəsb edən bütün sahələrdə əməkdaşlığımızı davam etdirməyə və möhkəmləndirməyə ümid edirik", - Kassis əlavə edib.

Qeyd edək ki, BMT Baş Assambleyasının 81-ci sessiyasının yüksək səviyyəli həftəsi sentyabrın üçüncü ongünlüyündə keçiriləcək.

Mənbə: report.az

Xəbər lenti