IMG-LOGO

Sabahdan bu rayonlarda 15 gün qaz olmayacaq

04 Aug 2026 14:39 4 baxış
IMG
2 0

Sabah ölkənin bir sıra rayonlarının qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Lent.az "Azəriqaz"a istinadən xəbər verir.

Məlumata görə, “Qaz İxrac” İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərlərində yeni çəkilmiş hissələrin mövcud kəmərlərə qoşulması ilə bağlı avqustun 5-də saat 18:00-dan avqustun 20-də işlər başa çatanadək Samux rayonunun Qaraağaclı və Qaraarx qəsəbələrinin, Yenikənd, Köbər, Qədili, Seyidlər, Sarıqamış kəndlərinin, Şəmkir rayonunun Kür və Səməd Vurğun qəsəbələrinin, Mahmudlu, Keçili, Yeniabad, Çaparlı, Bayramlı kəndlərinin, Qazax rayonunun Birinci Şıxlı, İkinci Şıxlı, Qaymaqlı, Kəmərli, Aslanbəyli, Yuxarı Salahlı kəndlərinin qaz təchizatının dayandırılması, işlər başa çatdıqdan sonra qaz təchizatının texnoloji rejimlərə uyğun bərpa olunması planlaşdırılır.

sosial xəbərlər azəriqaz qaz təchizatı

Mənbə: lent.az

Xəbər lenti