Rusiyanın Kamçatka vilayətində 20 il əvvəl gəmidən oğurluq edən saxlanılıb.
Lent.az-ın xəbərinə görə, hadisə 2006-cı ildə baş verib. 59 yaşlı kişi bir neçə nəfərlə birlikdə dəniz limanında körpüyə yan alan gəmiyə daxil olub. Onlar anbar moduluna aparan qapının şüşəsini çıxararaq ümumi dəyəri 550 min rubldan çox olan balıqçılıq avadanlıqlarını oğurlayıblar.
Daha sonra oğurlanan əşyalar əvvəlcədən icarəyə götürülmüş avtomobillə daşınıb və satılıb.
Cinayətdən sonra təqsirləndirilən şəxs istintaqdan yayınaraq Azərbaycana qaçıb və axtarışa verilib. Onun cinayət ortaqları isə məhkəmə tərəfindən cəzalandırılıb. 20 ildən sonra həmin şəxs Moskva hava limanlarından birində saxlanılıb.
Onun barəsində Rusiya Cinayət Məcəlləsinin "Oğurluq" maddəsi ilə cinayət işi açılıb və iş üzrə materiallar baxılması üçün məhkəməyə göndərilib.
Hadisələr cinayətkar oğurluq Rusiya gəmi məhkəmə işləriMənbə: lent.az