IMG-LOGO

ABŞ İrana qarşı əməliyyatlarda yerüstü raket arsenalının böyük hissəsini sərf edib

04 Aug 2026 15:25 3 baxış
IMG

ABŞ İranla beş aylıq münaqişə ərzində uzaqmənzilli yüksək dəqiqlikli raket ehtiyatlarının əhəmiyyətli hissəsini istifadə edib.

"Report" xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.

Söhbət ilk növbədə "Army Tactical Missile Systems" (ATACMS) və "Precision Strike Missiles" (PrSM) tipli yerüstü ("yer-yer" sinifli - red.) raketlərdən gedir.

Mənbələr bildirib ki, ABŞ bu tip raketlərin "demək olar ki, hamısını" istifadə edib.

Qeyd edilib ki, uzaqmənzilli raketlər təhlükəsiz məsafədən yüksək dəqiqlikli zərbələr endirməyə imkan verdiyi üçün ABŞ Silahlı Qüvvələrinin arsenalının mühüm hissəsidir.

Mənbə: report.az

Xəbər lenti