IMG-LOGO

Türkiyə klubu "Boluspor" Elvin Yunuszadəni transfer edib

04 Aug 2026 15:21 4 baxış
IMG

Türkiyə I Liqa təmsilçisi "Boluspor" Elvin Yunuszadəni transfer edib.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, azərbaycanlı müdafiəçi ilə bağlanan müqavilənin müddəti açıqlanmayıb.

Elvin Yunuszadə karyerası ərzində "Neftçi" və "Qarabağ"ın heyətində ümumilikdə 5 dəfə Azərbaycan Premyer Liqasının, 5 dəfə isə Azərbaycan Kubokunun qalibi olub.

33 yaşlı müdafiəçi avrokuboklarda da zəngin təcrübəyə malikdir. O, 2012/2013 mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu olan "Neftçi"nin heyətində yer alıb və 3 oyunda iştirak edib. O, həmçinin 2017/2018 mövsümündə UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu kimi tarixə düşən "Qarabağ"ın heyətində çıxış edib.

Mənbə: report.az

Xəbər lenti