Bu gün Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Qusar şəhərində vətəndaşları qəbul edib.
"Report" komitəyə istinadən xəbər verir ki, DGK-nın müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Qusar, Quba, Xaçmaz və Şabran rayonlarının sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.
Qəbul zamanı qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.


Mənbə: report.az