Yəmən husiləri Səudiyyə Ərəbistanının Nəcran hava limanına zərbə endiriblər.
"Report" xəbər verir ki, bu barədə husilərin "Telegram"dakı rəsmi səhifəsində deyilir.
Qeyd olunur ki, zərbə pilotsuz uçuş aparatı vasitəsilə endirilib.
Husilər zərbənin "pilotsuz uçuş aparatlarından istifadə etməklə Səədə və Həccə əyalətlərində Yəmənin hava məkanının pozulmasına" cavab olduğunu bəyan edirlər.
"Səudiyyə Ərəbistanına xatırladırıq ki, hava məkanımızın pozulması cavabsız qalmayacaq", - bəyanatda deyilir.
Mənbə: report.az