IMG-LOGO

ABB-nin istiqrazlarına 600-ə yaxın investor maraq göstərib

04 Aug 2026 16:42 4 baxış
IMG

Bu gün "Bakı Fond Birjası" QSC-də (BFB) "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) 5 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bu barədə "Report"a BFB-dən bildirilib.

Məlumata görə, hər birinin nominal dəyəri 100 manat olan 50 000 ədəd istiqraz kütləvi hərrac üsulu ilə yerləşdirilib. İstiqrazlara 573 investor 14 milyon 947,2 min manatlıq 866 sifariş təqdim edib. Bunlardan 569 investora məxsus 862 sifariş icra edilib. Bununla da, yerləşdirmə tam baş tutub.

İstiqrazların illik gəlirliliyi 10 %-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri "ABB-İnvest İnvestisiya Şirkəti" QSC-dir.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.

Mənbə: report.az

Xəbər lenti