IMG-LOGO

"Kəpəz" Moldova millisinin futbolçusu Viktor Stinanı transfer edib

04 Aug 2026 16:38 4 baxış
IMG

"Kəpəz" heyətini moldovalı futbolçu Viktor Stina ilə gücləndirib.

Klubdan "Report"a verilən məlumata görə, 28 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə mövsümün sonunadək müqavilə imzalanıb.

Son olaraq Moldovanın "Zimbru" klubunun formasını geyinən Viktor Stina ölkəsinin milli komandasında da çıxış edib.

O, Moldova millisinin heyətində keçirdiyi 30 oyunda 4 qol vurub.

Mənbə: report.az

Xəbər lenti