Azərbaycan-Estoniya ticari-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası 2026-cı ilin noyabrında planlaşdırılır.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Estoniyanın Xarici İşlər Nazirliyindən bildirilib.
"Hökumətlərarası Komissiyanın iclası noyabrda Tallində keçiriləcək, biz dəqiq tarixləri hələ dəqiqləşdiririk", - XİN nümayəndəsi qeyd edib.
Xatırladaq ki, Azərbaycan-Estoniya Hökumətlərarası Komissiyasının sonuncu iclası 2017-ci il aprelin 7-də Bakı şəhərində keçirilib.
Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən həmsədri rəqəmsal inkişaf və nəqliyyat naziridir.
Mənbə: report.az