IMG-LOGO

ABŞ TRIPP+ fondunun maliyyələşdirilməsini 400 milyon dollara qədər artırıb

04 Aug 2026 16:12 2 baxış
IMG

ABŞ TRIPP+ Sahibkarlığa Dəstək Fondunun maliyyələşdirilməsinin həcmini iki dəfə - 201 milyon dollardan 402 milyon dollara qədər artırıb.

"Report" "Armenpress"ə istinadən xəbər verir ki, bunu ABŞ-nin dövlət xərclərinin rəsmi bazasının məlumatları təsdiqləyir.

Dərc edilmiş məlumata görə, 2026-cı il yanvarın 30-da ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə Bürosu "TRIPP+ Enterprise" Fonduna 201 milyon dollar məbləğində qrant ayırıb. Proqramın icra müddəti 2036-cı il dekabrın 31-nə qədər müəyyən edilib.

Xatırladaq ki, TRIPP+ Sahibkarlığa Dəstək Fondu 26 yanvar 2026-cı ildə - Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ-nin dövlət katibi Marko Rubionun Vaşinqtondakı görüşündən iki həftə sonra yaradılıb.

Qeyd edək ki, "TRIPP+ Enterprise Fund" və "TRIPP Development Company" - fərqli strukturlardır. Sonuncusu Ermənistanın cənubundan keçən infrastruktur layihəsinin hazırlanması və həyata keçirilməsi üçün yaradılıb.

Mənbə: report.az

Xəbər lenti