IMG-LOGO

İqnasio Kassis: İsveçrənin Bakıdakı səfirliyi əlaqələrin inkişafında əsas rol oynayır

04 Aug 2026 17:38 4 baxış
IMG

İsveçrə Konfederasiyasının federal xarici işlər naziri İqnasio Kassis ölkəsinin Azərbaycandakı səfirliyini ziyarət edib.

"Report" xəbər verir ki, nazir bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Nazir diplomatik missiyanın Bakı və Aşqabadla münasibətlərin inkişafında mühüm rolunu qeyd edib.

İ.Kassisin sözlərinə görə, o, İsveçrənin Azərbaycan və Türkmənistanla münasibətlərinin möhkəmləndirilməsi üzərində işləyən səfirlik əməkdaşları ilə görüşüb: "Onların təcrübəsi və işə sadiqliyi ikitərəfli tərəfdaşlığımızın inkişafında, İsveçrənin maraqlarının qorunmasında və bütün regionda dialoqun təşviqində əsas rol oynayır".

O həmçinin bildirib ki, onun növbəti səfəri Türkmənistana olacaq.

Mənbə: report.az

Xəbər lenti