IMG-LOGO

"Bahar" yatağında hasilat azalıb

04 Aug 2026 17:11 4 baxış
IMG

Ötən il Xəzər dənizin Azərbaycan sektorunda yerləşən "Bahar" yatağından 180 min barel neft hasil edilib.

"Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının Azərbaycan Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılması və əsas istiqamətlər üzrə istifadəsinin auditinin nəticələrinə dair hesabatında bildirilir.

Sənədə əsasən, bu, əvvəlki illə müqayisədə 10 %, proqnozdan isə 5,3 % azdır.

Hesabat dövründə yataqdan həmçinin 165,9 milyon kubmetr təbii qaz hasil edilib. Bu isə əvvəlki ilə nisbətən 8,4 %, proqnozdan isə 12,9 % azdır.

Xatırladaq ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "Bahar Energy Limited" 22 dekabr 2009-cu ildə "Bahar" və "Qum-dəniz" yataqları blokunda kəşfiyyat, bərpa, işlənmə və hasilat üzrə hasilatın pay bölgüsü sazişi imzalamışlar. Sazişə əsasən, layihədə "Bahar Energy Limited"in payı 80%, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı isə 20% təşkil edir. Müqavilə daha 5 il uzadılma imkanı ilə 25 illik müddətə nəzərdə tutulmuşdu.

15 avqust 2025-ci il tarixindən etibarən SOCAR Bahar və "Qum-dəniz" yataqları üzrə HPB-də 100%-li iştirak payının, həmçinin onların işlənməsi ilə məşğul olan BEOC ("Bahar Energy Operating Company") əməliyyat şirkətinin əldə edilməsi prosesini başa çatdırıb.

Mənbə: report.az

Xəbər lenti