IMG-LOGO

Naxçıvanda "VAZ-2107" "KAMAZ"la toqquşub, xəsarət alanlar var

04 Aug 2026 18:49 5 baxış
IMG

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosu xəbər verir ki, "VAZ-2107" markalı minik avtomobili "KAMAZ" markalı yük avtomobili ilə toqquşub.

Hadisə nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar təcili tibbi yardım briqadasının köməyi ilə Naxçıvan Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Xəsarət alanlar Əliyev Səlim Elçin oğlu, Vəliyev Elçin Nizami oğlu və Ələsgərov Vüqar Qafar oğludur.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: report.az

Xəbər lenti