IMG-LOGO

30 yaşlı kişi sevgilisinin məzarı başında özünü güllələdi

04 Aug 2026 18:51 4 baxış
IMG
0 0

İsraildə kişi sevgilisinin ölümünə dözə bilməyib: faciədən üç il sonra ölüb.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, osraildə 30 yaşlı kişi ölü tapılıb. O, 2023-cü il oktyabrın 7-də HƏMAS terrorçuları tərəfindən öldürülən sevgilisinin məzarı başında ölüb.

Faciəli hadisə ötən şənbə günü baş verib: 30 yaşlı Bar Asraf Liron Bardanın məzarı başında özünü güllələyib. Qız İsraildə keçirilən festivalda həlak olub. Həmin festivalda HƏMAS terrorçuları insanlara atəş açıblar.

Asrafı bacısı Qərb sahilindəki Elkana qəbiristanlığında sinəsindən güllə yarası almış vəziyyətdə tapıb. Təcili yardım xidmətlərinin təcili müdaxiləsinə baxmayaraq, onun öldüyü bildirilib.

Bacısı ailənin başqa bir qardaşının toyunu keçirdiyini söyləyib. Asraf qəfildən məclisi tərk edib. Daha sonra qadın onu axtarmağa qərar verib və qardaşı tez-tez ora getdiyi üçün qəbiristanlığa yollanıb.

"Birdən gördüm ki, o, Lironun məzarının yanında uzanıb. Ona dedim: "Qalx ayağa, yenə nə edirsən?" Sonra onun qan içində olduğunu anladım. Yanındakı silahın üstünə basdım. Qışqırdım. Heç nə edə bilmədim... Bilirdim ki, bu, sondur. O, ən çox olmaq istədiyi yerdə, ən çox olmaq istədiyi qadınla birlikdə öldü", - bacısı Lehi bildirib.

Ona yaxın olanların sözlərinə görə, Asraf sevgilisinin ölümü ilə təxminən üç il barışmaqda çətinlik çəkib.

Asrafın anası bildirib ki, Bardanin ölümündən sonra oğlu bir daha əvvəlki kimi olmayıb.

2024-cü ilin aprel ayında İsraildə keçirilən festivalda faciədən sağ çıxan 50 nəfərin hadisədən sonrakı altı ay ərzində intihar etdiyi barədə xəbər yayılıb.  

Hadisələr

Mənbə: lent.az

Xəbər lenti