IMG-LOGO

"Səni özüm cəzalandıracağam, öldürəcəyəm" - Dəhşətli qətlin TƏFƏRRÜATLARI

04 Aug 2026 18:48 3 baxış
IMG
1 0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən H. M.nin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, məhkəmə  M.H.ın ifadəsi ilə davam edib:

"Uzun müddət idmanla məşğul olmuşam, mühafizəçi kimi çalışmışam. Həmin gün -  dekabrın 31-i saat 23:00-də obyektdə idim, mühafizədə dayanmışdım. Adının sonradan Emil olduğunu öyrəndiyim şəxs oraya iki xanım və dostları ilə gəlmişdi. Bizi obyektin dj -i tanış etmişdi.

Qardaşım zən edib dedi ki, dostlarımla gəlmək istəyirəm. Dedim gəl. Obyektdən çölə çıxdım ki, qardaşımla bayramlaşım. İkimiz söhbət edirdik. Gördüm obyektin qabağında davadır. Yaxınlaşdım ki, nə baş verdiyini öyrənim. Aydın oldu ki, Emil onunla gələn xanımı döyüb. Emilə yaxınlaşıb onu sakitləşdirməyə çalışdım, dedim bayram günüdür, qanqaraçılıq və problem olmasın. Bu onun acığına gəldi, dedi ki, "sən niyə mənim tərəfimi yox, bunun tərəfini tutursan?".

Onu başa salmağa çalışdım ki, heç kimin tərəfini tutmuram, sadəcə ondan  xahiş etdim ki, sakitləşsin. Elvin heç cürə sakitləşmək bilmirdi, yenə də onun tərəfini tutmadığımı deyir və "səni özüm cəzalandıracağam, öldürəcəyəm" - deyib təkrar edib dururdu.

Mən obyektin mətbəxindən bıçaq götürüb qolumda gizlətdim; məqsədim Elvinin hədəsindən özümü qorumaq idi. Obyektin sanitar qovşağına dəyib çıxanda üç nəfəri - Emili və iki dostunu qarşımda gördüm. Yaxınlaşdım Emilə, gördüm əlində bıçaq var. O təzədən ən biədəb söyüşləri mənə yağdırmağa başladı. Təmkinlə davranıb onu vurmadım.

Üstümə cumub sifətimə zərbələr endirməyə başladılar; burnumdan qan açıldı, dişlərim qırıldı. Dedim "siz niyə belə hörmətsizlik edirsiniz?" Emil qayıtdı ki, "əcəb eləmişik, zor eləmişik".  

Emil əlindəki bıçağı  mənə tərəf atanda, artıq onu nə vaxt, necə vurdum bilmədim. Gedib könüllü təslim oldum".

Zərərçəkənin hüquqi varisi R.T. hadisə günü bayram axşamı olduğunu deyib:

"Dekabrın 31-i, saat 10 radələri idi. Emil evdə anası, bacısı ilə bayramlaşdı. Dedi ki, dostları ilə bayramlaşmağa gedir. Gecə saat 2-nin yarısına kimi yazışdıq. Anası nigaran idi, zəng elədi ki, onun harada olduğunu bilsin. Telefonu götürən müstəntiq "oğlunuz rəhmətə gedib, 20 yanvar istiqamətindəki morqdadır".

Mən bütün bu olanları qarşılıqlı  xuliqanllq adlandırıram. Mən bir  valideyn kimi onun dostu  Ülvini qınayıram ki, öz həyat yoldaşınla gəlmisən ora, içkili olmadığı  halda niyə davanın qarşısını almayıb?"

Növbəti proses sentyabrın 8-i saat 16:00-a təyin olunub.

Xatırladaq ki, hadisə 2026-cı il yanvarın 1-i gecə 2 radələrində Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən “Purple Karaoke Bar” gecə klubunun qarşısında qeydə alınıb. 36 yaşlı H. M. ilə 32 yaşlı Emil Rəcəbli arasında klubda mübahisə yaranıb. Sonra obyektin qarşısında H.M. E.Rəcəblini bıçaqlayıb. Ağır yaralanan E. Rəcəblinin həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanaya aparılarkən yolda ölüb.

Hadisəni törətməkdə şübhəli bilinən H.M. saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Hadisələr

Mənbə: lent.az

Xəbər lenti