IMG-LOGO

Sabah İordaniyada Qüds məsələsi müzakirə olunacaq

04 Aug 2026 19:59 4 baxış
IMG

İordaniyanın paytaxtı Əmmanda avqustun 5-də Qüds məsələsinə həsr olunmuş Nazirlər Toplantısı keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Məlumata görə, toplantıda Türkiyəni xarici işlər naziri Hakan Fidan təmsil edəcək.

Qeyd edək ki, Qüds məsələsi dedikdə əsasən Qüds şəhərinin hüquqi statusu, suverenliyi və müqəddəs məkanlarının idarə olunması ilə bağlı İsrail–Fələstin münaqişəsi nəzərdə tutulur.

Mənbə: report.az

Xəbər lenti