IMG-LOGO

Bəqai: İran və Oman Hörmüz boğazı ilə bağlı məsləhətləşmələri davam etdirir

04 Aug 2026 20:58 3 baxış
IMG

İran və Oman Hörmüz boğazında yeni təhlükəsiz marşrutun müəyyən edilməsi üzrə danışıqları davam etdirir.

"Report" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai dövlət televiziyasına müsahibəsində bildirib.

"İndiyə qədər danışıqlar həm texniki, həm də siyasi səviyyələrdə müsbət qiymətləndirilir", - o qeyd edib.

Bəqai bildirib ki, danışıqlar gəmilərin hər iki istiqamətdə təhlükəsiz hərəkət marşrutlarının müəyyən edilməsinə yönəlib.

Mənbə: report.az

Xəbər lenti