IMG-LOGO

"The Times": 260-dan çox pilot məzuniyyət pulunun ödənilməməsinə görə "Ryanair"i məhkəməyə verib

04 Aug 2026 22:42 4 baxış
IMG

Yüzlərlə pilot İrlandiyanın büdcəli "Ryanair" aviaşirkətinə qarşı məzuniyyət pulunun ödənilməməsi ittihamı ilə London məhkəməsində iddia qaldırıb.

"Report"un məlumatına görə, bu barədə "The Times" qəzeti xəbər yayıb.

İddianın təşəbbüskarı "Ryanair"də dörd il işləmiş keçmiş pilot Riçard Fillips olub. Onun iddiasına 260-dan çox şəxs qoşulub.

"Ryanair"dən başqa, "Storm Global" və "Brookfield Aviation International" işə qəbul agentlikləri, həmçinin "Scanlon Associates" konsaltinq şirkəti də iş üzrə cavabdeh qismində tanınıb.

"Ryanair" reyslərin, sərnişinlərin sayına və hava donanmasının həcminə görə Avropanın ən böyük aviaşirkətidir.

Mənbə: report.az

Xəbər lenti