IMG-LOGO

Fransada yanğın törədən 400-dən çox şəxs saxlanılıb

04 Aug 2026 23:46 4 baxış
IMG

Yayın əvvəlindən Fransada meşə yanğınlarının baş verməsində iştiraka görə şübhəli bilinən 402 nəfər saxlanılıb, onların arasında 156 yetkinlik yaşına çatmayan şəxs var.

"Report"un Fransa mediasına istinadən məlumatına görə, bu barədə Fransanın daxili işlər naziri Loran Nünyes mətbuat konfransında bildirib.

"Bu günə qədər təhlükəsizlik qüvvələrinin əməkdaşları qəsdən və ya ehtiyatsızlıqdan törədilən yanğınla əlaqədar 402 nəfəri saxlayıb" - o deyib.

Məlumata görə, yayın əvvəlindən ölkədə 14 min yanğın hadisəsi qeydə alınıb, alov 120 min hektar ərazini məhv edib. Var departamentində artıq iki həftədir yanğın davam edir, onun söndürülməsinə min nəfər yanğınsöndürən cəlb olunub.

16 departamentdə istiyə görə "narıncı" hava təhlükəsi səviyyəsi elan edilib. Meteoroloqların məlumatına görə, Fransada yüksək temperatur cümə gününə qədər davam edəcək.

Mənbə: report.az

Xəbər lenti