IMG-LOGO

Avstriyada yeni temperatur rekordu qeydə alınıb

05 Aug 2026 01:42 2 baxış
IMG

Avstriyada hava temperaturu rekord göstəriciyə - 41 dərəcə Selsiyə çatıb.

"Report" xəbər verir ki, bu barədə "Der Standard" qəzeti "Geosphere Austria" meteorologiya xidmətinə istinadən məlumat yayıb.

Meteorologiya xidmətinin məlumatına görə, cəmi bir gün ərzində temperatur 40,8 dərəcədən 41 dərəcəyə yüksəlib ki, bu da bütün müşahidə tarixi ərzində ən yüksək göstərici olub.

Qeyd olunub ki, Vyana və Aşağı Avstriya federal torpağının şərqində ən yüksək səviyyəli hava xəbərdarlığı qüvvədə qalır.

Mənbə: report.az

Xəbər lenti