IMG-LOGO

"The Guardian": "Falcon 9" raketinin bir hissəsi Ayla toqquşacaq

05 Aug 2026 08:30 5 baxış
IMG

"SpaceX" şirkətinin "Falcon 9" raketinin dörd tonluq bir hissəsi avqustun 5-i səhər saatlarında Ayın səthi ilə toqquşacaq.

"Report" xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb.

Söhbət 15 yanvar 2025-ci ildə "Firefly" şirkətinin "Blue Ghost-1" eniş modulunu və "ispace" şirkəti tərəfindən hazırlanmış Yaponiyanın "Resilience" aparatını Aya çıxaran raket parçasından gedir.

Mütəxəssislərin hesablamalarına görə, toqquşma Qrinviç vaxtı ilə saat 06:35 radələrində (Bakı vaxtı ilə 10:35-də) baş verəcək. Onun Yerin təbii peykinin səthinə təxminən 8 690 km/saat sürətlə çırpılması gözlənilir.

Mənbə: report.az

Xəbər lenti