IMG-LOGO

Filippin sahillərində 6,3 maqnitudalı zəlzələ olub

05 Aug 2026 09:37 3 baxış
IMG

Filippin sahillərində 6,3 maqnitudalı zəlzələ qeydə alınıb.

"Report" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, episentr Saranqani əyalətindən 24 km cənub-qərbdə yerləşib. Zəlzələ ocağı 35 km dərinlikdə olub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.

Mənbə: report.az

Xəbər lenti