IMG-LOGO

UEFA Çempionlar Liqası: "Sabah" Danimarkada "Orhus"la qarşılaşacaq

05 Aug 2026 09:07 3 baxış
IMG

"Sabah" klubu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk görüşləri çərçivəsində bu gün Danimarkada "Orhus"la qarşılaşacaq.

"Report" xəbər verir ki, görüş Bakı vaxtı ilə saat 20:30-da Ranners stadionunda start götürəcək.

Oyunu sloveniyalı FIFA referisi Rade Obrenoviç idarə edəcək.

Xatırladaq ki, komandalar arasında cavab matçı avqustun 11-də, saat 20:00-da Masazırdakı "Bank Respublika Arena"da təşkil olunacaq.

Mənbə: report.az

Xəbər lenti