IMG-LOGO

Husilər Səudiyyə tankerinə ballistik raketlərlə hücum edib

05 Aug 2026 11:58 4 baxış
IMG

Yəmənin "Ənsar Allah" hərəkatı (husilər) Qırmızı dənizdə Səudiyyə Ərəbistanının "Wafa" tankerinə bir neçə ballistik raketlə zərbə endirib.

"Report" xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı hərəkatın nümayəndəsi Yəhya Sarianın videomüraciətinə istinadən məlumat yayıb.

"Bu son hücumu da nəzərə alsaq, iyulun 22-də dəniz blokadası başlayandan bəri qüvvələrimizin zərbələrinə məruz qalan Səudiyyə Ərəbistanının neft tankerlərinin ümumi sayı 8 çatıb", - o bildirib.

Qeyd olunub ki, Qırmızı və Ərəbistan dənizlərində geri dönməyə məcbur olan Səudiyyə Ərəbistanı tankerlərinin ümumi sayı 29-a çatıb.

Mənbə: report.az

Xəbər lenti