IMG-LOGO

"Kontakt Home"a basqın edib arvadını bıçaqlamışdı - Ağır cəza verildi

05 Aug 2026 11:53 4 baxış
IMG
1 0

Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını işlədiyi mağazada bıçaqlayan Fəxrəddin Quliyevə hökm oxunub.

Lent.az xəbər verir ki, məhkəmə tərkibi təqsirləndirilən Fəxrəddin Quliyevin 14 il, 6 ay azadlıqdan məhrum edilməsini elan edib.

Təqsirləndirilən Fəxrəddin Quliyev hökmdən sonra "Çıxandan sonra ağzına kömür qoyub səni odlamasam, tikə-tikə etməsəm, adam deyiləm. Səni Elmirə (azyaşlı oğlunu nəzərdə tutur) gəbərtdirəcəm, onun şəxsiyyət vəsiqəsində Fəxrəddinin oğlu olduğu yazılıb"-deyə arvadını təhdid edib.

Qeyd edək ki, dövlət ittihamçısı təqsirləndirilən Fəxrəddin Quliyevin 15 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.

Xatırladaq ki, hadisə 2025-ci il dekabrın 2-də Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən “Kontakt Home” mağazasında baş verib. Bakı şəhər sakini 34 yaşlı Fəxrəddin Quliyev mağazaya basqın edərək orada işləyən həyat yoldaşı, Sumqayıt şəhər sakini 31 yaşlı Leyla Quliyevaya bıçaqla zərbələr endirib. L.Quliyeva qaçsa da, əri ona çatıb kürək nahiyəsinə 8 bıçaq xəsarəti yetirərək öldürməyə cəhd göstərib.

F.Quliyev şübhəli şəxs qismində saxlanılıb. Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir.

Faktla əlaqədar Fəxrəddin Quliyev Cinayət Məcəlləsinin 29.120.1-ci (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə məsuliyyətə cəlb edilib.

Hadisələr kriminal xəbərlər cinayət işləri məhkəmə işləri məhkəmə qərarları

Mənbə: lent.az

Xəbər lenti