IMG-LOGO

Rusiya Xarkova "Banderol" dron-raketləri ilə zərbə endirib: xəsarət alanlar var

05 Aug 2026 12:27 4 baxış
IMG

Rusiya qoşunları avqustun 5-i səhər saatlarında Ukraynanın Xarkov şəhərinə "Banderol" dron-raketləri ilə zərbə endirib, səkkiz dinc sakin xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə şəhərin meri İqor Terexov teleqram kanalında məlumat verib.

Onun sözlərinə görə, zərbələrdən biri Novobavarsk rayonuna endirilib, burada mülki müəssisə vurulub. Daha bir raket isə Xolodnoqorsk rayonunda fərdi evin ərazisinə düşüb.

Hücum nəticəsində yaşayış evləri və bir neçə avtomobil zədələnib.

Şəhər rəhbərliyinin məlumatına görə, Novobavarsk rayonunda 5, Xolodnoqorsk rayonunda isə 3 nəfər xəsarət alıb.

Hadisə yerlərində fövqəladə hallar üzrə xidmətlər işləyir, zərbənin fəsadları barədə məlumat dəqiqləşdirilir.

Mənbə: report.az

Xəbər lenti