IMG-LOGO

FAO Azərbaycanda su qıtlığına qarşı mübarizə tədbirlərini dəyərləndirib

05 Aug 2026 13:56 3 baxış
IMG

Gələcəkdə su çatışmazlığı daha böyük bir çağırışa çevrildikcə, Azərbaycan elm, innovativ texnologiyalar və yüksək məhsuldarlıqlı suvarma sistemlərindən istifadə edərək bu problemlə mübarizəyə hazır olacaq.

Bunu "Report"a müsahibəsində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi, təşkilatın Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Nasar Hayat bildirib.

N.Hayat qeyd edib ki, hazırda Azərbaycanda su çatışmazlığı getdikcə daha böyük çağırışa çevrilir: "Qlobal miqyasda şirin su ehtiyatlarının təxminən 70 %-i kənd təsərrüfatı məqsədi üçün istifadə olunur. Azərbaycan bütün çaylar üçün aşağı axar ölkəsidir. Ölkədəki şirin suyun böyük hissəsi qonşu dövlətlərdən axan çaylar hesabına formalaşır. Buna görə də sudan necə səmərəli istifadə olunacağı dəqiq müəyyənləşdirilməlidir".

Onun sözlərinə görə, Bakıdan kənardakı bəzi kənd icmalarında artıq səmərəli suvarma sistemləri mövcuddur:

"Yüksək səmərəli suvarma sistemi dedikdə, su itkisini azaldan damcı suvarma, çiləmə suvarma və bu kimi digər üsulları nəzərdə tuturam. Beləliklə, su ehtiyatları olmadan biz ehtiyacımız olan ərzağı istehsal edə bilməyəcəyik. Su Azərbaycanın kənd təsərrüfatı sektoru üçün məhz bu dərəcədə kritik əhəmiyyət daşıyır. Biz artıq mövcud olan sudan ən yaxşı şəkildə istifadə etməliyik. Normadan artıq suvarma aparmamalıyıq, suyun günəş altında buxarlanmasına imkan verməməliyik. Düşünürəm ki, hazırda Azərbaycan müasir suvarma vasitələrini fermerlər və təsərrüfat icmaları arasında genişləndirmək istiqamətində çox yaxşı işlər görür".

Müsahibə ilə ətraflı bu link vasitəsilə tanış ola bilərsiniz.

Mənbə: report.az

Xəbər lenti