IMG-LOGO

İran parlamentinin üzvü: Ölkədə gündəlik 15-20 milyon litr benzin defisiti var

05 Aug 2026 13:24 4 baxış
IMG

Hazırda İran gündəlik 15-20 milyon litr benzin defisiti ilə üz-üzədir.

"Report" "Tabnak"a istinadən xəbər verir ki, bunu İran parlamentinin Cənubi Xorasandan olan üzvü Mustafa Nahai bildirib.

Onun sözlərinə görə, bu həcmdə benzini İran idxal etməlidir. Deputat deyib ki, onun maliyyələşdirilməsi çətindir, hətta maliyyə vəsaiti olsa belə, logistika, təchizat və bununla bağlı qarşılıqlı əlaqələr də mürəkkəbdir.

Mustafa Nahai vurğulayıb ki, sıxılmış təbii qaz sektorunda yaradılmış güclər benzin ekvivalentinə çevrilərsə, onda təxminən 40 milyon litr benzin ekvivalenti yaradılar. Onun sözlərinə görə, ancaq hazırda bu güclərdən yalnız təxminən 15-16 milyon litri istifadə olunur.

İran parlamenti enerji komissiyasının üzvü, həmçinin hesab edir ki, yanacaq kartının bank kartına bağlanması problemi həll etmir. Deputat bildirib ki, əhali bank məlumatlarının təhlükəsizliyi barədə narahat olmalıdır.

Qeyd edək ki, İranda yaranmış yanacaq qıtlığı ilə əlaqədar sakinlərə limit kartı paylanılıb.

Mənbə: report.az

Xəbər lenti