IMG-LOGO

ABŞ və İran atəşkəsə dair memorandumun yenilənməsi üzrə danışıqlar aparır

05 Aug 2026 14:25 3 baxış
IMG

ABŞ və İran arasında iyunda əldə olunmuş ilkin razılaşmanın yenilənməsi üçün yeni şərtlər hazırlanır.

"Report" xəbər verir ki, bu barədə Pakistan mənbələrinə istinadən "The National" qəzeti məlumat yayıb.

Məmurun sözlərinə görə, vasitəçilər hazırda qarşılıqlı anlaşma üzrə yenilənmiş memorandumunun hazırlanması üzərində işləyirlər.

Söhbət ABŞ və İran arasında əldə olunmuş 17 iyun tarixli qarşılıqlı anlaşma memorandumundan gedir ki, burada boğazın açılması və hərbi əməliyyatlardakı 60 günlük fasilə ərzində daimi atəşkəs haqqında danışıqların aparılmasına dair şərtlər müəyyən edilmişdi.

"Mesajlar ötürülür. Dolayı danışıqlar irəliləyib", - məmur bildirib. Onun sözlərinə görə, əsas diqqət Hörmüz boğazının açılmasına və onun açıq saxlanmasına yönəldilib.

Mənbə: report.az

Xəbər lenti