Rusiya Silahlı Qüvvələrinin Ukraynanın iri "Silpo" ərzaq supermarketləri şəbəkəsinin paylayıcı mərkəzlərinə endirdiyi zərbə nəticəsində 6 nəfər ölüb.
"Report" "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə şirkət sosial şəbəkələrdə məlumat yayıb.
"Rusiyanın bugünkü atəşi nəticəsində iki paylayıcı mərkəzimizdə yanğınlar baş verib. Son məlumatlara görə, 6 əməkdaş həlak olub. Zərərçəkənlərin sayı barədə məlumat hələ dəqiqləşdirilir", - bildirilib.
Mənbə: report.az