IMG-LOGO

Bir gündə 13 nəfəri ildırım vurub öldürdü

05 Aug 2026 16:00 5 baxış
IMG
1 0

Hindistanın Carxand ştatında ildırım vurması nəticəsində azı 13 nəfər həyatını itirib.

Lent.az xarici mediaya istinadla bildirir ki, həlak olanlardan 8-i Giridih, 3-ü Dumka, daha 2-si isə Latehar dairəsində qeydə alınıb. Hadisələr güclü leysan və ildırımla müşayiət olunan bir gündə baş verib.

Bölgə rəhbərliyi əhalini əlverişsiz hava şəraiti dövründə təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb.

Qeyd edək ki, Hindistan Meteorologiya Departamentinin məlumatına əsasən, təkcə ötən il Carxand ştatında ildırım vurması ilə əlaqədar 200-dən çox ölüm halı qeydə alınıb.

Hadisələr ildırım dünyadan xəbərlər

Mənbə: lent.az

Xəbər lenti