İran Prezidenti Məsud Pezeşkian HƏMAS-ın Siyasi Bürosunun rəhbəri Xəlil əl-Hayya ilə telefon danışığında İranın Qəzzə zolağı üzrə davam edən danışıqlarda hərəkatın mövqeyini dəstəkləyəcəyini bildirib.
"Report" xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı məlumat yayıb.
"İran Fələstin liderlərinin danışıqlar prosesinin gedişində qəbul edəcəyi bütün tədbirləri, təşəbbüsləri və qərarları dəstəkləyəcək", - M.Pezeşkian bildirib.
Ötən həftə ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, HƏMAS Sülh Şurası, eləcə də Misir, Qətər və Türkiyə ilə danışıqlardan sonra tərk-silah olmağa razılaşıb. İsrail isə HƏMAS tam tərk-silah edilənədək qoşunlarını çıxarmayacağını bildirir, Fələstin qruplaşması isə yalnız İsrail qüvvələri çıxarıldıqdan sonra tərk-silah olacağını iddia edir.
Mənbə: report.az