IMG-LOGO

"Kapital Bank"ın istiqrazlarına 300-dən çox investor maraq göstərib

05 Aug 2026 16:30 4 baxış
IMG

Bu gün "Bakı Fond Birjası" QSC-də (BFB) "Kapital Bank" ASC-nin (ABB) 50 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bu barədə "Report"a BFB-dən bildirilib.

Məlumata görə, hər birinin nominal dəyəri 100 manat olan 500 000 ədəd istiqraz kütləvi hərrac üsulu ilə yerləşdirilib. İstiqrazlara 336 investor 146 milyon 161,8 min manatlıq 406 sifariş təqdim edib. Bunlardan 314 investora məxsus 383 sifariş icra edilib. Bununla da, yerləşdirmə tam baş tutub.

İstiqrazların illik gəlirliliyi 10 %-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.

Mənbə: report.az

Xəbər lenti