Bakının Təbriz küçəsində, metronin "Nəriman Nərimanov" stansiyasının ətrafında aparılan təmir işləri ilə əlaqədar 24 saylı marşrutun hərəkət sxemi dəyişdirilib.
AYNA-dan Lent.az-a bildirilib ki, təmir işləri yekunlaşanadək 24 saylı marşrutun son dayanacaq məntəqəsi Ağa Nemətulla küçəsində təyin edilib.
Marşrut üzrə avtobusların Bakıxanov qəsəbəsi istiqamətində hərəkəti Ağa Nemətulla, Fətəli xan Xoyski və Əhməd Rəcəbli küçələri ilə, daha sonra isə mövcud sxem üzrə təşkil olunub.
avtobusMənbə: lent.az