Vellinqtonda (Yeni Zelandiyanın paytaxtı) Antarktidadan gələn soyuq hava kütləsi səbəbindən 15 ildə ilk dəfə qar yağıb.
"Report" xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
Qeyd olunub ki, soyuq hava kütləsi avqustun 4-ü ölkəyə daxil olub, şaxta, qar, dolu və güclü soyuq küləyə səbəb olub. Avqustun 5-i səhər Cənub adasında üç yaşayış məntəqəsində temperatur -9 dərəcəyə qədər düşüb.
"MetService" meteoroloji xidmətinin proqnozlarına görə, avqustun 5-i temperatur yüksəlməli, lakin gecə yenidən kəskin şəkildə aşağı düşməlidir. avqustun 6-si səhər ölkənin bəzi bölgələrində bu ilin ən aşağı temperaturu gözlənilir.
Milli enerji sistemi operatoru "Transpower" bildirib ki, avqustun 5-i səhər elektrik enerjisi istehlakı pik yüklənmə saatlarında rekord həddə çatıb. Şirkət avqustun 6-si səhər elektrik enerjisinin çatışmazlığının mümkünlüyü barədə xəbərdarlıq edib.
Mənbə: report.az