IMG-LOGO

"Bakı Fond Birjası"nda bağlanmış əqdlərin sayı 2,3 dəfə artıb

05 Aug 2026 17:26 3 baxış
IMG

Bu ilin yanvar-iyul aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 26 milyard 028,441 milyon manat təşkil edib.

"Report" BFB-yə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünə nisbətən 35,3 % azdır.

Son 1 ildə bağlanmış əqdlərin sayı isə 2,3 dəfə artaraq 40 559 olub.

BFB-nin dövriyyəsinin 88,9 %-i və yaxud 23 milyard 132,584 milyon manatı repo əməliyyatlarının payına düşüb. Bu, illik müqayisədə 32,5 % azdır.

Hesabat dövründə dövlət qiymətli kağızları üzrə əqdlərin dəyəri 2,4 dəfə azalaraq 1 881,946 milyon manat, korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri isə 28,7 % azalaraq 1 013,91 milyon manat olub.

Mənbə: report.az

Xəbər lenti