IMG-LOGO

Trampın tətbiq etdiyi rüsumların böyük hissəsi idxalçılara qaytarılıb

05 Aug 2026 17:17 3 baxış
IMG

ABŞ Gömrük və Sərhəd Mühafizəsi İdarəsi (USCBP) amerikalı idxalçı şirkətlərə Prezident Donald Tramp tərəfindən fövqəladə iqtisadi səlahiyyətlər haqqında qanun əsasında tətbiq edilmiş və Ali Məhkəmə tərəfindən qanunsuz hesab edilmiş rüsumların əvvəllər tutulmuş məbləğinin təxminən 60 %-ni geri qaytarıb.

"Report" "Kommersant"a istinadən xəbər verir ki, bu barədə USCBP-nin ABŞ Beynəlxalq Ticarət Məhkəməsinə təqdim etdiyi bəyanatda bildirilib.

İdarə ümumi 165 milyard dollardan 100 milyard dolları geri qaytarıb.

ABŞ Ali Məhkəməsi 2026-cı il fevralın 20-də Trampın əvvəllər tətbiq etdiyi bir çox rüsumu qanunsuz hesab etdi. Rüsumların əksəriyyəti ölkə miqyasında fövqəladə vəziyyətlər zamanı tətbiq edilən 1977-ci il federal qanunu əsasında tətbiq olunmuşdu. Ali Məhkəmə bu qanunun bu cür tətbiqinin prezidentin səlahiyyətləri çərçivəsindən kənara çıxdığını hesab etdi.

Mənbə: report.az

Xəbər lenti