IMG-LOGO

Elvin Yunuszadə: "Mentalitetin eyni olması Türkiyəni seçməyimdə böyük rol oynadı"

05 Aug 2026 17:16 4 baxış
IMG

Elvin Yunuszadənin Türkiyənin "Boluspor" klubunu seçməsində mentalitet əsas rol oynayıb.

Futbolçu bunu "Report"a açıqlamasında deyib.

O, başqa klublardan da təkliflər aldığını açıqlayıb:

"Asiyadan və Rusiya klubundan da təkliflər var idi. Türkiyəni seçməyimdə böyük faktor həm liqanın keyfiyyəti, həm də mentalitetin eyni olmasıdır".

Müdafiəçi Türkiyə I Liqasının səviyyəsinin yüksək olduğunu diqqətə çatdırıb:

"I Liqa olmasına baxmayaraq, səviyyəsi, çox yaxşıdır. Güclü komandalar və futbolçular var. Düşünürəm ki, belə çempionatda oynamaq hər bir futbolçunun inkişafına müsbət təsir göstərir".

Qeyd edək ki, ötən gün "Boluspor"la müqavilə imzalayan E.Yunuszadə karyerası ərzində "Neftçi" və "Qarabağ"ın heyətində ümumilikdə 5 dəfə Azərbaycan Premyer Liqasının, 5 dəfə isə Azərbaycan Kubokunun qalibi olub.

Mənbə: report.az

Xəbər lenti