IMG-LOGO

"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb

05 Aug 2026 17:13 3 baxış
IMG

"PAŞA Bank" ASC-nin Gürcüstandakı törəməsi ("PAŞA Bank Gürcüstan") bu ilin I yarısını 3,978 milyon lari (2,586 milyon manat) xalis mənfəətlə başa vurub.

"Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünə nisbətən 9,3 dəfə çoxdur.

Yanvar-iyun aylarında "PAŞA Bank Gürcüstan"ın vergiyəqədərki mənfəəti 4,187 milyon lari (2,722 milyon manat, 1 il bundan əvvəllə müqayisədə 3 dəfə çox), mənfəət vergisi ödəmələri isə 209 min lari (136 min manat, 4,6 dəfə az) təşkil edib.

Bu il iyulun 1-nə "PAŞA Bank Gürcüstan"ın aktivləri 661,164 milyon lari (429,757 milyon manat) olub ki, bu da 1 il əvvələ nisbətən 6,4 % çoxdur. Bunun 413,802 milyon larisi (268,971 milyon manat) müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 13,3 % böyüyüb.

Hesabat dövründə "PAŞA Bank Gürcüstan"ın öhdəlikləri 4,1 % artaraq 517,186 milyon lariyə (336,171 milyon manat), o cümlədən depozit portfeli 1,7 % artaraq 444,337 milyon lariyə (288,819 milyon manat), balans kapitalı isə 15,7 % artaraq 143,978 milyon lariyə (93,586 milyon manat) çatıb.

"PAŞA Bank Gürcüstan" 2013-cü ildən fəaliyyətə başlayıb. Onun nizamnamə kapitalı 136,8 milyon laridir (88,92 milyon manat). Törəmə bankın səhmlərinin 85,1 %-i "PAŞA Bank"a, 14,9 %-i isə Bankın daxil olduğu "PAŞA Holdinq" MMC-yə məxsusdur.

1 lari = 0,65 manat

Mənbə: report.az

Xəbər lenti