IMG-LOGO

İtaliya və İranın XİN rəhbərləri Hörmüz boğazındakı vəziyyəti müzakirə ediblər

05 Aug 2026 18:07 3 baxış
IMG

İtaliyanın xarici işlər naziri Antonio Tayani iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı aparıb və Hörmüz boğazı ətrafında fikir mübadiləsi aparıb.

"Report" ISNA-ya istinadən xəbər verir ki, bu telefon danışığında Hörmüz boğazında gediş-gəliş marşrutunun müəyyənləşdirilməsi üçün İran və Oman arasında aparılan məsləhətləşmələr müzakirə edilib.

Əraqçi italiyalı həmkarını Hörmüz boğazına nəzarət barədə məlumatlandırıb.

Söhbət zamanı Livandakı vəziyyət də müzakirə edilib.

Mənbə: report.az

Xəbər lenti