IMG-LOGO

Bülent Ersoyu VİDEOYA çəkib "Canavara oxşayır" dedi

05 Aug 2026 19:20 4 baxış
IMG
2 0

Türkiyənin tanınmış sənətçisi Bülent Ersoy İzmirin Alaçatı bölgəsində səhnəyə çıxacağı məkana gedərkən xoşagəlməz hadisə ilə üzləşib.

Lent.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, müğənni mühafizəçilərin müşayiəti ilə hərəkət edərkən ətrafdakı şəxslər onu mobil telefonla lentə alıblar.

Həmin vaxt videonu çəkən şəxslərdən birinin "Bülent Ersoya bax, canavara oxşayır" deməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Görüntülər qısa müddətdə müxtəlif platformalarda yayılıb. Bir çox sosial media istifadəçisi həmin ifadəni təhqiramiz və hörmətsiz hesab edərək buna etiraz edib.

Qeyd edək ki, müğənni isə yayılan görüntülərlə bağlı hələlik heç bir açıqlama verməyib.

Sizin brauzer video tagını dəstəkləmir. müğənni

Mənbə: lent.az

Xəbər lenti