IMG-LOGO

Kriştiano Ronaldo milyon dollarlıq qarajının FOTOSUNU paylaşdı

05 Aug 2026 18:53 5 baxış
IMG
0 0

Kriştiano Ronaldo sosial media hesabında lüks avtomobil kolleksiyasının şəklini paylaşaraq yenidən diqqətləri özünə çəkib. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, "oyuncaqlarım" başlığı ilə çəkilmiş qaraj şəkli tez bir zamanda böyük marağa səbəb olub və Türkiyənin tanınmış aktyoru Burak Özçivitin paylaşıma yazdığı şərh izləyicilərinin də diqqətini çəkib.

Doqquz illik nişanlısı Corcina Rodriqes ilə evlənməyə hazırlaşan dünyaca məşhur futbolçu Kriştiano Ronaldo yenidən lüks avtomobil kolleksiyası ilə gündəmə gəlib.

Ulduz futbolçu sosial media hesabında qarajında düzülmüş milyonlarla dollarlıq avtomobillərinin fotosunu paylaşaraq "Mənim oyuncaqlarım" başlığı əlavə edib.

Paylaşım tez bir zamanda geniş diqqət çəkib və minlərlə bəyənmə və şərh alıb.

Aktyor Burak Özçivit də paylaşıma reaksiya verərək, şərhi ilə diqqət çəkib.

 

İdman xəbərləri

Mənbə: lent.az

Xəbər lenti