İsrailin genişlənmə siyasətinə qarşı diplomatik tədbirlər görülməsə, böhran qloballaşacaq.
"Report" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan İordaniyanın paytaxtı Əmman şəhərində Qüds üzrə Nazirlər Toplantısında sonra "TRT Arabi"yə müsahibəsində deyib.
H. Fidanın fikrincə, beynəlxalq ictimaiyyət böyük bir sınaqdan keçir: "İsrailin sülhlə bağlı bir niyyəti və planı yoxdur".
Onun sözlərinə görə, Fars körfəzində davam edən müharibə, Hörmüz boğazının bağlanmasından qaynaqlanan regional və qlobal problem Türkiyənin diqqətini Fələstin məsələsindən, Məscidül-Əqsadan, Qəzzadan, İordan çayının Qərb sahilindən ayırmayıb. "İsrailə qarşı kollektiv tədbirlərin görülməsi müzakirə predmetidir", - Fidan qabardıb.
H. Fidanın sözlərinə görə, İslam dünyasının aparıcı ölkələri bu mövzuda narahat qalıb: "Həmrəylik mesajı verdik. Bilirsiniz ki, İordaniya tarixi olaraq Qüdsdəki müqəddəs yerlərin hamisidir; hüquqi baxımdan da o rolu öz üzərinə götürür.
Biz Türkiyə olaraq Məscidül-Əqsanı öz müqəddəs yerlərimizdən biri olaraq görürük. Buraya qarşı ediləcək hər cür təcavüz bizim millətimizin dəyərlərinə edilmiş qəbul olunur".
Türkiyənin XİN rəhbəri bildirib ki, qarşıdakı günlərdə bununla bağlı addımlar atılacaq. "Digər tərəfdən xüsusilə regionda davam edən gərginliyin, Hörmüz boğazından qaynaqlanan problemlərin və yayılma riski olan müharibə vəziyyətinin necə idarə olunması, həlli mövzusunda da çox dəyərli fikirlər irəli sürülüb", - o vurğulayıb.
Mənbə: report.az