Azərbaycan əsilli model və aparıcı Çağla Şıkel özündən 13 yaş kiçik sevgilisi Mertcan Tunca ilə Çeşmənin Çiftlikköy bölgəsində yerləşən çimərliklərdən birində görünüb.
Lent.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, dəniz suyunun soyuq olması səbəbindən əvvəlcə suya girmək istəməyən Şıkel sevgilisinin israrından sonra fikrini dəyişib.
Onlar birlikdə dənizə girərək üzməyə başlayıb. Daha sonra isə sahildən uzaqda romantik anlar yaşayıblar. Onlar bir-birini dəfələrlə öpərkən paparatsilərin obyektivinə tuş gəlib.
Bir müddət sonra yorulan Çağla Şıkel sevgilisi Mertcan Tuncanın kürəyinə çıxaraq sahilə qədər onun köməyi ilə gəlib. Fotolar sosial şəbəkə istifadəçiləri tərəfindən geniş müzakirə yaradıb.
Çağla Şikel model aparıcı


Mənbə: lent.az