IMG-LOGO

İşıq kəsilməsinə görə Tbilisi metrosunun fəaliyyəti dayandırılıb - YENİLƏNİB

05 Aug 2026 20:59 3 baxış
IMG

Gürcüstanda baş verən genişmiqyaslı elektrik kəsintisi səbəbindən Tbilisi metrosunun və Gürcüstan Dəmir Yollarının fəaliyyətində fasilələr yaranıb.

"Report"un yerli bürosu xəbər verir ki, elektrik enerjisinin kəsilməsi nəticəsində Tbilisi Metropoliteni hazırda sərnişinlərə xidmət göstərmir.

Həmçinin vətəndaşların məlumatına görə, Gürcüstan Dəmir Yollarında da hərəkət müvəqqəti dayandırılıb.

Elektrik kəsintisinin rəsmi səbəbi hələ açıqlanmayıb.

20:44

Gürcüstanın paytaxtı Tbilisi və ölkənin əksər bölgələrində elektrik enerjisinin verilişi dayandırılıb.

"Report"un yerli bürosu xəbər verir ki, elektrik təchizatı təxminən saat 20:15 radələrində kəsilib.

Məlumata görə, kəsinti dəmir yolu nəqliyyatının işinə də təsir edib. Bəzi marşrutlar üzrə hərəkətdə fasilələr yaranıb.

Hazırda elektrik enerjisinin kəsilməsinin səbəbi ilə bağlı rəsmi açıqlama yayılmayıb.

Qeyd edək ki, iyulun 24-25-də də Gürcüstanda genişmiqyaslı elektrik kəsintisi baş verib. Hadisə ilə bağlı aparılan ilkin araşdırmalarda İmereti yüksək gərginlikli elektrik xəttində baş verən qəzanın və avtomatik qoruma sistemlərinin düzgün işləməməsinin ölkə üzrə enerji təchizatının dayanmasına səbəb olduğu bildirilib.

Mənbə: report.az

Xəbər lenti