IMG-LOGO

Qəribabadi: ABŞ öz öhdəliklərini yerinə yetirməyə hazırdır

05 Aug 2026 22:18 4 baxış
IMG

ABŞ İslamabad Anlaşma Memorandumunun yerinə yetirilməsi ilə bağlı öhdəliklərinin icrasına hazırdır.

"Report" ISNA-ya istinadən xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi bildirib.

Onun sözlərinə görə, bununla bağlı ABŞ-dən mesajlar alınır, lakin Tehranla Vaşinqton arasında danışıqlar aparılmayıb. Prosesə Pakistan nümayəndə heyətinin də dəvət olunduğu bildirilib. "Yekun planlar hələ hazırlanmayıb", - K. Qəribabadi vurğulayıb.

İran xarici işlər nazirinin müavininin fikrincə, razılaşma İran və Oman arasındakı dialoqdan asılıdır. ABŞ ilə danışıqların nəzərdə tutulduğu ikinci mərhələ isə baxılma mərhələsindədir.

Daha əvvəl Ağ Evin Tehrana qarşı sanksiyaları dayandıracağı təqdirdə, İranın Hörmüz boğazının blokadadan çıxarılmasına razılıq verəcəyi ilə xəbər yayılıb.

Mənbə: report.az

Xəbər lenti