IMG-LOGO

Şəmkirdə 4 otaqlı ev yandı

05 Aug 2026 22:34 3 baxış
IMG
2 0

Şəmkirdə fərdi yaşayış evində yanğın baş verib.

Lent.az xəbər verir ki, hadisə rayonun Dəllər-Cəyir kəndində qeydə alınıb. Kənd sakininə məxsus ümumi sahəsi 160 kvadratmetr olan bir mərtəbəli, dörd otaqlı evdə baş verən yanğın zamanı mətbəx əşyaları ilə birlikdə yanıb.

Məlumata görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb və evin digər hissəsi yanğından mühafizə edilib.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır. Fuad Nazimoğlu

şəmkir yanğın

Mənbə: lent.az

Xəbər lenti