Xətai rayonunun Əliağa Şıxlinski küçəsindəki Mirtağı məscidində yanğın baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alov qısa müddətdə söndürülüb.
Bildirilib ki, hadisə zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
bakı məscid yanğın


Mənbə: lent.az